Əlaqə Arxiv
news Image
2018.10.16
07:00
| A A A
Nağdsız ödənişlər hesabına büdcə gəlirləri artır
Vüqar Bayramov: “Bu addım nəticə etibarı Azərbaycanda iqtisadi artım tempinin qorunub saxlanılması və mərhələli şəkildə daha sürətli inkişafa nail olmağa imkan yaradacaq”

Bir müddət əvvəl Prezident İlham Əliyev “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiqləyib. İndi əsas gözləntilər bundan ibarətdir ki, nəticədə nağdsız ödənişlərin miqdarı artacaq, eyni zamanda bütün respublika ərazisində maliyyə əməliyyatlarının həyata keçirilməsi zamanı şəffaflıqdaha da artacaq. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, nağdsız ödənişlərin artımı və maliyyə əməliyaytlarında şəffaflığın yüksəlməsilə ölkə iqtisadiyyatının daha sürətli inkişafına nail olmaq mümkün olacaq: “Bu baxımdan Azərbaycan üçün nağdsız ödənişlərin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir. Çünki nağdsız hesablaşmaların artırımlası bir tərəfdən iqtisadiyyatda şəffaflığın daha da gücləndirilməsinə xidmət eir, digər tərəfdən isə vergi daxil olmalarının artımına səbəb olmaqla vergidən yayınmaların qarşısını alır. Nəticə etibarı ilə bu həm itisadi inkişaf tempinin qorunub saxlanılması, həm də bütövlükdə sahibkarlığın inkişafı və iqtisadiyyatda rəqabətli mühitin yaranmasına şərait yaradır. Ona görə də nağdsız hesablaşmaların artımı çox vacibdir. Bu, effektli və şəffaf ödəniş və iqtisadi sistemin formalaşması  baxımından ciddi bir zəmin yaradır. 
Nəzərə alaq ki, çox fərqli sektorlar üzrə dövlət proqramına uyğun olaraq fəaliyyətlər həyata keçirilməsi, vergi yükünün optimallaşdırılması, həm də sosial ödənişlərlə bağlı mexanizmin tətbiqi və bank, maliyyə xidmətlərinə əlçatanlığın tənmin edilməsi, bu istiqamətlər üzrə prosedurun azaldılması 2018-2021-ci illərdə  hədəf fəaliyyətlər sırasındadır. Praktik olaraq, ölkə iqtisadiyyatının növbəti mərhələsində iqtisadiyyatda şəffaflığın daha da artırılması prioritet məsələlərdəndir. Son müşavirədə cənab Prezident də gizli iqtisadiyyatın həcminin azaldılması öz tapşırıq və tövsiyələrini bildirdi. O baxımdan sözügedən proqramda nəzərdə tutulan fəaliyyətlərin icrası həm nağdsız hesablaşmaların dövriyyəsinin genişlənməsinə gətirib çıxarmaqla yanaşı, həm də sahibkarlığın inkişaf üçün də baza formaşaldıracaq. Bu da nəticə etibarı ilə növbəti dövrdə Azərbaycanda iqtisadi artım tempinin qorunub saxlanılması və mərhələli şəkildə daha sürətli iqtisadi artıma nail olmağa imkan yaradacaq”.
İqtisadçı-ekspert Yaşar Əsədov da qeyd etdi ki, sözügedən proses büdcədən yayınmanın azalması və büdcə gəlirlərinin artmına gətirib çıxaracaq: “Nağdsız ödənişlərin həcminin artımı birinci növbədə iqtisadiyyatda şəffaflıq prosedurunu gücləndirəcək. İqtisadi münasibətlər  nə qədər çox nağdsız ödənişlərlə həyata keçirilərsə, bir o qədər proses də şəffaf olacaq. Şəffaflığın olması fonunda da büdcəyə vergi və digər ödəmələr şəklində ödənişlər artacaq. Büdcənin gəlirlərinin artması da öz növbəsində onun xərclənmək imkanlarını artıracaq. Bu mənada nağdsız ödənişlərin genişləndirilməsi yolunu tutmaqla Azərbaycan hər hansı bir velosiped icad etmir. Bütün dünya bu istiqamətdə hərəkət edir. Həmin addım qaranlıq sxemlərdən qaçmağa kömək edəcək. Ona görə də sözügedən proqram təqdirəlayiqdir. 
Bir neçə il öncəyə kimi tikinti sektorunda əmək haqlarının ödənişi  əsasən büdcədən yayınma fonunda həyata keçirilirdi. Bu fonda isə büdcədən yayınma halları çoxalır, insanların gələcəkdə pensiya almaq hüququnun məhdudlaşmasına səbəb olur. Bütün bunların olmaması üçün də nağdsız ödəniş sisteminə keçid hər cəhətdən əlverişlidir. Amma prosesə nəzarət olmalıdır. Bu sahədə indilikdə problem var. Düşünürəm ki, nəzərdə tutulan iki illik proqramla onun həllinə nail olmaq mümkün olacaq”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz