Əlaqə Arxiv
news Image
2013.04.19
17:10
| A A A
İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib

Mövqe.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı


Bakının Nərimanov rayonunda

- K.Rəhimov küçəsi, ev 22 ünvanında Vüqar  Əliyevə məxsus   "Real"mağazasında;


Səbail rayonunda

- Xəqani küçəsi, ev 26/32 ünvanında "TAHİR-97" firmasına məxsus   "TAHİR-97" mağazasında;

 

Nəsimi rayonunda

- Hüseynbala Əliyev küçəsi, ev 14 ünvanında Faiq Əliyevə məxsus kafedə   saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun   olmayan malların satıldığı aşkarlanıb.


Nərimanov rayonunda

- F.X.Xoyski prospekti, ev 144 ünvanında Bəxtiyar Hüseynova məxsus kafedə;

- İ.Hidayətzadə küçəsi, ev 20 ünvanında İntiqam Talıbova məxsus "Tiso"   mağazasında;

 

Sabunçu rayonunda

- Zabrat qəsəbəsində Fuad Nağıyevə məxsus "Turan" mağazasında; 

  Masallı rayonunda

- Qızılavar kəndində Xudaverdi Bəşirova məxsus mağazada saxlama müddəti   ötmüş malların satıldığı müəyyən edilib.


Ümumilikdə, monitorinqlər zamanı 140 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.



Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.





Sizin Reklam Yeriniz