news Image
2013.04.22
14:24
| A A A
Mart ayında 195-2 Telefon Məlumat Mərkəzinə 400-ə yaxın müraciət daxil olub

Mövqe.az-ın məlumatına görə, iqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin mart ayında 110-u bölgələrdən olmaqla 400-ə yaxın müraciət daxil olub. Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.


Ümumilikdə isə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 19 minə yaxın müraciət edilib.


Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.