Əlaqə Arxiv
news Image
2018.11.13
09:33
| A A A
Neft bazarında qiymətlər Azərbaycanın proqnozlarına uyğun olacaq
Natiq Cəfərli: “Bu amillər neftin qiymətinin 80 dolları keçməsinə səbəb ola bilər” Fuad Rəsulov: “Hazırda neftin qiymətinə təsir edən ən birinci amil İrana qarşı tətbiq olunan sanksiyalardır”

“OPEC+ ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyib”. Bunu Omanın neft naziri Məhəmməd ər-Rumhi  deyib. O əlavə edib ki, bazar həddindən artıq doyub, hasilatın sutkada 1 milyon barelazaldılması ideyası yaxşı başlanğıcdır: “Hasilatın azaldılması ideyasını Vyana sazişinin əksər iştirakçıları dəstəkləyir”.

İqtisadçıların sözlərinə görə, hasilatının azaldılması neft qiymətlərini yüksəldəcək. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, hələ hasilatın azaldılması ilə bağlı tam qərar qəbul olunmayıb: “Bu məsələ OPEC-in dekabr ayıdakı iclasında müzakirəyə çıxarılacaq. Ancaq Donald Trampın bununla bağlı “ümid edirəm ki, OPEC neft hasilatını azaltmayacaq” kimi «tvitteri» oldu.  Çünki ABŞ-da anti-OPEC qanununun qəbul olunması gözlənilir. Bu qanuna əsasən, OPEC ölkələrinin neftin qiymətinin qaldırılması ilə bağlı ABŞ məhkəmələrində iddialar qaldırıla bilər. Bunun da OPEC ölkələrinə ciddi şəkildə basqı yaratması mümkündür. Ona görə də hasilatın azaldılması qərarı qəbul edilərsə, neft qiymətinin  yüksəlməsinə səbəb ola bilər. Lakin OPEC tərəfindən son açıqlamadan sonra neftin qiymətində yüksəliş baş vermədi, əskinə son 6 ayda neft qiyməti ən aşağı həddinə düşdü. Deməli, hələ OPEC tərəfindən sözlü müdaxilələr neftin qyimətinə təsir göstərmir. Real addımlar atılmasa, hasilatın azaldılması qərar verilməsə, neft qiymətlərində  növbəti eniş trendini görə bilərik.

Nəzərə alaq ki, 1 milyon barrel kifayət qədər ciddi həcmdir. Bundan başqa İranın da hasilatı və ixracı azalıb. Bu amillər neftin qiymətinin 80 dolları keçməsinə səbəb ola bilər”.

Ekspert qeyd etdi ki, dünyanın gündəlik neftə tələbatı 95 milyon barreldir: “Hasil olunan neftin 40 faizini OPEC verir. Bu gün neftə tələbat Avropa və ABŞ tərəfidən azalıb. Bu, yeni ekoloji texnologiyaların tətbiqi ilə əlaqədardır. Əsasən də avtomobil sənayesində inqilabi dəyişiklər baş verib. Avropa və ABŞ-da son 5 ildə elektriklə işləyən avtomobillərin sayı 7 dəfə artıb. Neft istehlakının artımı isə Hindistan, Çin və Asiya ölkələrində müşahidə olunur. Lakin dünyada müəyyən balans yaranıb. Dünyada 95 milyon barrel neft hasil olunur. Tələbat da təxminən bu civardadır. Əgər hasilat azalarsa, neftin qiyməti arta bilər. Amma ABŞ tərəfindən anti-OPEC qanunu qəbul olunsa, həm neft qiymətlərinə, həm də OPEC ölkələrinə mənfi təsir göstərəcək”.

Natiq Cəfərli əlavə etdi ki, Azərbaycan neftin qiymətini gələn ilin büdcəsində 60 dollardan qəbul edib: “Bu, kifayət qədər konservativ yanaşmadır. Yəni, 60 dollardan yuxarı istənilən qiymət Azərbaycan üçün sərfəlidir”.

Enerji məsələləri üzrə digər iqtisadçı Fuad Rəsulov bildirdi ki, hazırda neftin qiymətinə təsir edən ən birinci amil İrana qarşı tətbiq olunan sanksiyalardır: “O baxımdan proseslər sanksiyaların necə icra edilməsindən asılı olacaq. Çünki bu sanksiyalara qarşı olan kifayət qədər ölkələr var. Məsələn, Çin, Asiya ölkələri, Avropa İran neftini almaqda maraqlıdırlar.

Bundan başqa Səudiyyə Ərəbistanına neft qiymətlərinin yuxarı olması sərf etməsinə baxmayaraq, neftin qiymətinin 70-80 dollar civarında qalmasında maraqlıdır. Digər ölkələri də buna cəlb etməyə çalışacaq. Odur ki, ilin sonuna qədər neftin qiyməti 70 dollar civarında olacaq. 60 dollardan yuxarı qiymət isə Azərbaycn üçün də sərf edir”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz