news Image
2013.04.23
11:41
| A A A
Asiya İnkişaf Bankının 2013-cü il üzrə hesabatının təqdimatı keçirilib

17 aprel 2013-cü il tarixində Qafqaz Universitetində Asiya İnkişaf Bankının 2013-cü il üzrə hesabatının təqdimat mərasimi olub

Mövqe.az-ın məlumatına görə, tədbirdə Asiya İnkişaf Bankının Bakı ofisinin nümayəndələri cənab Olly Norojono və cənab Nail Vəliyevlə yanaşı Bankın baş iqtisadçısı cənab David Oldfield də iştirak edib. Qafqaz Universitetindən isə tədbirdə təşkilatçı qismində Sosial-İqtisadi Tədqiqatlar Mərkəzinin heyəti  və eyni zamanda Universitetimizin tələbələri iştirak ediblər.


Tədbir ilk öncə cənab David Oldfieldin"Azərbaycan İqtisadiyyatının diversifikasiyası: perspektivlər və problemlər" mövzusudakı tədqimatı ilə başlayıb. Təqdimatda cənabOldfield Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi imkanlarından danışıb, digər ölkələrin bu sahədəki təcrübələrini qeyd edib və Asiya İnkişaf Bankının bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.


Daha sonra "Asiya İnkişaf Bankının 2013 hədəfləri " mövzusunu tələbələrlə müzakirə edən Asiya İnkişaf Bankının Bakı ofisnin rəhbəri cənab Norojono Bankın gələcək planlarından və layihələrindən danışaraq tələbələrin bu istiqamətdəki suallarını cavablandırıb. Buna əlavə olaraq, bankın iqtisadçısı cənab Vəliyev də öz növbəsində, Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan programlardan bəhs edib. O çıxışında bildirib ki, ötən illərdə olduğu kimi, bundan sonra da Bank, Azərbaycan iqtisadiyyatının inkişafına layihə və programları ilə öz töhfələrini verəcək.