Əlaqə Arxiv
news Image
2018.11.22
13:25
| A A A
Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin iclasında təmsil edilib

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) iclasında təmsil olunub.

ABOEMDA-dan Movqe.az-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin XVI iclası keçirilib. Yığıncaqda 110 ölkədən 350-dən çox hökumət nümayəndəsi, 15 nazir və yüksək səlahiyyətli şəxslər iştirak edib. Beynəlxalq tədbirdə ölkəmizi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli təmsil edib.

Tədbirin məqsədi qlobal enerji transformasiyasını sürətləndirmək və bərpaolunan enerji mənbələrinin istifadəsini genişləndirmək üçün IRENA-nın üzv ölkələrə ən yaxşı şəkildə dəstək verə bilməsini müzakirə etmək olub. Həmçinin iclasda IRENA-nın 2018-2019-cu ilədək iş proqramı və büdcəsinin icrasında irəliləyişin əldə olunması, IRENA Assambleyasının 2019-cu ilin yanvar ayında keçirilməsinə hazırlıqların müzakirəsi və yeni baş direktorun seçilməsi ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi 2009-cu ildən rəsmi fəaliyyətə başlayıb və 2011-ci ildə beynəlxalq status alıb. Azərbaycan 2009-сu ildən IRENA-nın üzvlüyünə qəbul edilib və 2014-cü ildə təşkilatın tamhüquqlu üzvü olub.

Sizin Reklam Yeriniz