Əlaqə Arxiv
news Image
2018.12.04
11:06
| A A A
Bakıda 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı işə başlayıb

Bu gün Bakıda Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı (“Bakutel-2018”) işə başlayıb.

Movqe.az xəbər verir ki, dekabrın 7-nə qədər davam edəcək tədbirin açılışına nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə baş tutub. Nazir bildirib ki, “Bakutel-2018” ən son texnoloji yeniliklərin və həllərin nümayişi üçün geniş imkanlar açır.

“Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın hər il bu sərgi-konfransı ziyarət etməsi dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğıdan xəbər verir. Son illər Azərbaycanda telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması üçün bir sıra işlər görülür. Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi məlumatların vahid bazada təhlükəsiz saxlanmasını zəruri edir. Bunun üçün son təhlükəsizlik tələblərinə cavab verən regional DATA mərkəzi məhz Azərbaycandadır. Milli poçtumuz ənənəvi xidmətlərlə yanaşı bank-maliyyə xidmətləri də göstərir, üstəlik beynəlxalq tranzit poçt mərkəzi kimi fəlaiyyət göstərməyə başlayıb. Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və burada emal olunaraq dünyanın digər ölkələrinə göndərilir”, - deyə o, qeyd edib. 

Sizin Reklam Yeriniz