Əlaqə Arxiv
news Image
2018.12.10
15:49
| A A A
2019-cu ildə tikinti sektoruna dövlət investisiyalarının artması iqtisadi və sosial sahələrə yeni nəfəs verəcək

Ölkəmizdə infrastruktur və tikinti sahəsində həyata keçirilən layihələr iqtisadiyyatın real sektorunu əhatə edir və əlavə dəyərin yaradılmasında, məşğulluğun təmin edilməsində onların xüsusi payı var.

Movqe.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, inşaat sektorunun inkişafı, ilk növbədə iqtisadiyyata yatırılan sərmayə deməkdir.

Bu sektorun inkişafı nəticəsində tikinti materialları bazarında canlanma yaranır. Bu baxımdan, 2019-cu ildə tikinti sektoruna dövlət investisiyalarının həcminin artması iqtisadi və sosial sahələrə yeni nəfəs verəcək.

A.Hüseynov əlavə edib ki, bu siyasət mənzil sektoruna da böyük təsir göstərəcək, ümumi yaşayış sahəsi fondunu artırmaqla əmlak bazarında tələbin yumşalmasına və təklif edilən mənzillərin qiymətlərinin azalmasına səbəb olacaq. Xüsusilə də dövlətin sosial layihələrinin (Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi) və digər bu tipli layihələrin miqyası da artacaq.

 

Sizin Reklam Yeriniz