Əlaqə Arxiv
news Image
2018.12.12
15:03
| A A A
Azərbaycanda maliyyə sisteminin qurulmasında Heydər Əliyevin müstəsna rolu var

Dekabrın 12-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, Ulu Öndərin nazirlikdəki büstü önünə əklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də xalq və dövlətçilik qarşısındakı xidmətlərindən, müasir Azərbaycan iqtisadiyyatının və maliyyə sisteminin qurulmasında müstəsna rolundan bəhs olunub.

Sizin Reklam Yeriniz