Əlaqə Arxiv
news Image
2018.12.13
09:40
| A A A
Azərbaycan və Türkiyə kənd 21 trilyon dollarlıq bazara hakim ola bilər
Müasir inkişaf iqtisadi inteqrasiya tələb edir

“Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsindəki potensiallarını birləşdirərsə, 21 trilyon dollarlıq bir bazara hakim ola bilər”. Bu sözləri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Bakıda jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, Türkiyə və Azərbaycanın fərqli bazarlara yaxınlıqları var: “Azərbaycan Mərkəzi Asiya və Rusiya bazarlarına yaxındır. Türkiyənin isə Avropa, Afrika və Yaxın Şərq bazarlarına çıxışı var. İki ölkə olaraq biz güclərimizi birləşdirərsək 21 trilyon dollarıq bir bazar ortaya çıxır. Yəni əsas məsələ gücləri birləşdirib bu bazarlara iki ölkənin mal satmasıdır”. 

Azərbaycan ilə Türkiyəni birləşdirən tarixi-siyasi və mədəni-mənəvi dəyərlərin eyni mənbədən qaynaqlanması bu ölkələrin dialektik bağlılığının əsasını təşkil edir. Xalqlarımızın ünsiyyət probleminin, qaynayıb-qarışmaq üçün maniələrinin olmaması bəlkə də qlobal inteqrasiya proseslərində bizim əlaqələrimiz gözəl nümunədir. Buna görə də prosesin daha anlaşıqlı getməsi üçün cəmiyyət və dövlət tərəfindən daha ciddi addımların atılması lazımdır. Haqq üçün deməliyik ki, iki ölkə arasında həm rəsmi dövlət strukturları, həm də özəl sektorlar arasında birgə fəaliyyət kifayət qədər yüksəkdir. Xüsusilə də enerji daşıyıcıları üzrə əməkdaşlıq üzrə ilişkilər hər hansı digər iki dövlət arasında yaradılmış əlaqələrdən üstün səviyyədədir. Elə bun səbəblərdən artıq iqtisadi inteqrasiya prosesinə strateji yanaşma sərgiləmək vaxtı gəlib çatıb. Bu isə ümumi elmi-texniki imkanları öyrənib vahid plan və qrafik əsasında fəaliyyət göstərmək deməkdir. Türk nazxir məhz bunlara əsaslanaraq inamla danışır və bu arzu gözəl perspektivlər vəd edir. 
İmkanlar, potensial var. Lakin bu işlər sadəcə, deməklə başa gəlmir. Gözlənilir ki, aqrar sahədə əməkdaşlığın gücləndirilməsi üçün müvafiq işlərə tezliklə başlanılacaq. Qarşıdakı illərdə Türkiyə ilə ticarət əlaqələrinin daha da genişləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının idxalı və ixracının asanlaşdırılması məqsədilə subyektlərin qeydiyyatı, sertifikatlaşması, tənzimlənməsi üzrə dövlət nəzarətinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət ciddi əhəmiyyət kəsb edəcək. Bu, perspektiv üçün vacib prosedurdur, çünki əlaqələrin qanuni əsaslarla tənzimlənməsini ehtiva edir. Heç kimə sirr deyil ki, hazırda Türkiyənin fermerləri ilə Azərbaycan fermerləri arasında Rusiya bazarları uğrunda müəyyən rəqabət var. Xüsusilə, bu ölkəyə pomidor ixracə sahəsində hər iki ölkə daha çox məhsul göndərməyə can atır. Ona görə ki, birincisi ümüumiyyətlə ərzaq təhlükəsizliyi strategiysı bu istiqaməti stimullaşdırır və istehsalçılar məhsullarını sataraq maliyyə imkanlarını gücləndirirlər. Yəni, ilboyu iş və qazanc üçün şərait yaranır. Belə olan təqdirdə heç şübhəsiz iki ölkənin real gücünü birləşdirib tənzimləyici tədbirlər görülsə Rusiya bazarını tamamilə təmin etmək mümkündür. Başqa bir cəhət isə qarşılıqlı əlaqələr düzgün planlaşdırmaya, məhsulun çeşidi və keyfiyyətini idarə etməyə əsas verər. Üstəlik, yeni texnologiyaların tətbiqi, elmi araşdırmaların nəticələrinin bölüşdürülməsi məhsuldarlığın artırılmasına təkan verər. 
Kənd təsərrüfatı məhsullarının istehsalı bu məhsulların yetişməsindən sonra çevik yığılması və realizasiyası problemi ilə üzləşir. Buna görə də aqrar istehsalda işin lojistik təşkili mühüm əhəmiyyət kəsb edir. Bu zaman Azərbaycan və Türkiyənin baş rol oynadıqları Qərb-Şərq magistral nəqliyyat qovşağı və Azərbaycanın səylə iştirak etdiyi Şimal-Cənub nəqliyyat yolu qarşılıqlı yükdaşımaları həyata keçirmək üçün şəraiti təmin edir. Bu mənada 21 trilyonluq bazarı əməkdaşlıq yolu ilə təmin etməyə indiyədək yaradılmış iqtisadi potensial imkan verər. İş düşür tərəflərin innovasiyalı layihələri hazırlayıb tətbiq etmələrinin öhdəsinə. Şübhə yoxdur ki, əməkdaşlığın səmərəli axarı irəli sürülən yeni təkliflərin həyata keçirilməsinə rəvac verəcək.
N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz