Əlaqə Arxiv
news Image
2018.12.14
13:52
| A A A
Bu il “Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 225 mindən artıq istehlakçıya xidmət edib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Azəriqaz”dan Movqe.az-a verilən məlumata görə, bu ilin 11 ayında Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 225 226 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Sizin Reklam Yeriniz