Əlaqə Arxiv
news Image
2019.01.09
10:28
| A A A
“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 251 mindən artıq istehlakçıya xidmət edib

 SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci il ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 251 542 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

Bu barədə Movqe.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Sizin Reklam Yeriniz