Əlaqə Arxiv
news Image
2019.01.09
15:08
| A A A
Ekologiya və təbii sərvətlər naziri "Holcim Azərbaycan" zavoduna səfər edib (FOTO)

Dünya bazarında 180 illik təcrübəyə malik olan "Holcim", təkcə sement istehsalı deyil, ətraf mühitin qorunması sahəsində bir sira önəmli addımlar atıb. Tətbiq olunan həllər ötən ilin noyabr ayında “9-cu Beynəlxalq Ətraf Mühit Sərgisi”ndə nümayiş edilib və sənaye tullantıların təkrar emalı sahəsində innovativ yanaşmalar dövlət qurumları və aidiyyatı təşkilatlarda böyük maraq yaradıb.

Ekologiya və təbii sərvətlər naziri və nazirliyin məsul şəxsləri tətbiq olunan texnologiyalarla əyani tanış olmaq üçün 9 yanvar 2019-cu il tarixində "Holcim Azərbaycan" ASC-nin Qaradağ sement zavoduna səfər edib. Görüş zamanı təkər və neft tullantılarının utilizasiyası ilə bağlı şirkətdə olan imkanlar və həllər barədə təqdimat keçirilib. Məlumat verilib ki, bu texnologiya təkcə "LafargeHolcim" qrupuna daxil olan 50 ölkədə yerləşən 180 sement zavodunda tətbiq olunur.

Ötən ilin oktyabr-dekabr aylarında neft tullantıları və yararsız təkərlərlə ilk sınaqlar həyata keçirilib və müstəqil laboratoriya tərəfindən müvafiq analizlər götürülüb. Bu analiz nəticələrinə əsasən alternativ yanacağın (işlənmiş şin və neft şlamı) təkrar emalı zamanı emissiyalar qəbul edilmiş normalardan aşağı olub ki, bu layihənin ekoloji cəhətdən üstünlüyünü təzahür edir. Daha sonra nazir və qonaqlar təkər və neft tullantılarının utilizasiyası üzrə aprılan sınaq prosesini müşahidə ediblər və tətbiq olunan avadanlıqlar ilə zavod ərazisində əyanı tanış olublar. Şirkətin Baş Direktoru Fredric Guimbal beynəlxalq təcrübə ilə yanaşı bu prosesləri dünya standartlarına uyğun həyata keçirmək üçün peşəkar yerli kadrların olumasını xüsusi vurğulayıb.

Sement istehsalından əlavə tullantıların idarə olunmasında da qlobal ekspert kimi çıxış edən "Holcim" ölkənin ekoloji mühitinə töhfə verməyə hazırdır. Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən dünyaca məşhur "Geocycle" brendi altında təqdim olunub.

"Holcim Azərbaycan" 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən "LafargeHolcim Qrup"un üzvüdür. "LafargeHolcim" dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

Sizin Reklam Yeriniz