Əlaqə Arxiv
news Image
2019.01.09
16:42
| A A A
Dünya Bankı: Azərbaycan iqtisadiyyatı yaxın illərdə əhəmiyyətli artım nümayiş etdirəcək

Dünya Bankı 2019-cu ildə Azərbaycanda 3,6 faiz həcmində iqtisadi artım proqnozlaşdırır.

Movqe.az trend-ə istinadən bildirir ki, proqnozlara əsasən, 2020 və 2021-ci illərdə Azərbaycanda bu göstərici müvafiq olaraq 3,3 və 2,7 faiz təşkil edəcək.

Azərbaycanın daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda isə artım tempi bu il 2,3 faiz, 2020 və 2021-ci illərdə 2,7 və 2,9 faiz səviyyəsində proqnozlaşdırılır.

Ümumilikdə proqnozlara əsasən, 2019-cu ildə dünya iqtisadiyyatının artım tempi 2,9 faizədək azalacaq. 2020 və 2021-ci illərdə iqtisadi artım tempi 2,8 faiz həcmində gözlənilir.

Sizin Reklam Yeriniz