news Image
2019.01.14
11:15
| A A A
Bu ərazilərdə işıq olmayacaq - BU GÜN və SABAH

Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.

“Azərişıq” ASC-dən Movqe.az-a verilən məlumata görə, Bağlar ETSİ-nin xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq EVX-də yenidənqurma işləri ilə əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.