news Image
2019.01.14
15:05
| A A A
“Azəriqaz” əhali sektoru üzrə 92 mindən artıq yeni abonenti qeydiyyata alıb

2018-ci il ərzində ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 92 313 yeni abonent qeydiyyata alınıb.

Movqe.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bunun da 50 515-i Bakı, Abşeron və Sumqayıt, 41 798-i isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 185 460-a çatıb.

 

Zülfiyyə QULUYEVA