Əlaqə Arxiv
news Image
2019.01.14
20:40
| A A A
Ümumdünya Gömrük Təşkilatının Baş katibi “ASAN xidmət”də olub (FOTO)

Movqe.az xəbər verir ki, yanvar 14-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub .

Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan Ümumdünya Gömrük Təşkilatının  Baş katibi Kunio Mikuriya burada yaradılan şəraiti və xidmət səviyyəsini yüksək qiymətləndirib.

Sizin Reklam Yeriniz