Əlaqə Arxiv
news Image
2019.01.17
12:46
| A A A
"Azərişıq": Ölkə ərazisində elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

Bu barədə Movqe.az-a açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi bildirib ki, "Azərişıq" əməkdaşları əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüb: "Paytaxtda və ölkə ərazisində bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər. Təhlükəsizlik məqsədilə bəzi ərazilərdə elektrik enerjisinin verilişinə 10-15 dəqiqəlik qısa fasilələr yaranıb. Amma hələlik vətəndaşlardan heç bir şikayət daxil olmayıb”.

Sizin Reklam Yeriniz