Əlaqə Arxiv
news Image
2019.01.22
09:30
| A A A
İslahatlar qeyri-neft sektorunun inkişafına yeni təkan verir
Rəşad Həsənov: “İxracın təşviqi ilə bağlı subsidiyalaşmaya keçidin təmin olunması, ölkə ərazisinin invesitisiya zonalarına bölünməsi və sair ixrac üçün böyük potensial formalaşdırmalıdır” Fuad İbrahimov: “Bu dinamika ilə davam etsək, qısa zamanda qeyri-neft sektorunda ciddi gəlirlər əldə edə bilərik”

Məlumdur ki, qeyri-neft sektorunun inkişafı istiqamətində son illər məqsədyönlü siyasət həyata keçirilir. Artıq bunun müəyyən nəticələri də var. Belə ki, ötən il qeyri-neft sektoru üzrə 2,1%, artım qeydə alınıb. 

Ekspetlərin fikrincə,  aparılan iqtisadi siyasət fonunda cari ildə qeyri-neft sektoru üzrə ixracın artmı mümkündür. Elə müxtəlif beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə 2019-cu ildə qeyri-neft sektoru üzrə artım proqnozlaşdırırlar. Məsələn, Beynəlxalq Valyuta Fondunun “Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında Azərbaycanda qeyri-neft sektoru üzrə 2019-cu ildə artımın 2,8% olacağı qeyd edilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, 2015-ci ildən sonra başlayan reformlar, xüsusi ilə hüquqi müstəvidə, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı yeni mexanizmlər ixracın stumullaşdırılması istiqamətdə böyük infrastruktur formalaşdırıb: “İxracın təşviqi ilə bağlı subsidiyalaşmaya keçidin təmin olunması, ölkə ərazisinin invesitisiya zonalarına bölünməsi, ixrac missiyalarının təşkil edilməsi, vergi güzəştləri, sənaye məhəllələri və s. ixrac üçün böyük potensial formalaşdırmalıdır. Amma hələlik bunun ixracda ciddi şəkildə öz əksini tapdığını görmürük. 
Düzdür, ixracda rəqəmlər böyükdür. Qeyri-neft sektorunda ixrac illər üzrə 10-22 faiz artıb. Amma qeyri-neft ixracında bazanın kiçik olması bu rəqəmlərin yaranmasını şərtləndirir. 
Məlumdur ki, sahibkarlıq fəaliyyətinin yoxlanılmasının dayandırılması ilə bağlı 2016-ci ildə iki illik qərar qəbul edildi. Lakin bir sıra dövlət qurumları prosesi sabotaj etməyə çalışdılar. Onların açıqlamalarında davamlı əksini tapan fikirlər ondan ibarət idi ki, sahibkarlar yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma yaxşı oldu ki, bu qərarın müddəti artırıldı. Yəni, görünən odur ki, bəzi icraçılar islahatları qəbul edə bilmir və öhdəlikləri yerinə yetirmirlər. Hətta İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinqinin nəticələrindən bəlli oldu ki,  Stateji Yol Xəritələrindən irəli gələn öhdəliklərin müəyyən bir qismi bəzi qurumlar tərəfindən diqqətə alınmayıb. Yəni islahatların yerinə yetirilməsində bəzi dövlət qurumlarının məsuliyyəti aşağı səviyyədədir. Bu da islahatın icrasını, ixracatın artımını çətinləşdirir. Əgər institusional islahatlar dərinləşərsə, köhnə düşüncəli insanlar idarəetmədən kənarlaşdırılarsa, islahatların iqtisadiyyata transformasiyası sürətlənə bilər”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, artıq ötən il qeyri-neft ixracatında müəyyən nailiyyətlər əldə etmişik: “Ancaq bu islahatlarla makroiqtisadi dayanıqlıq bərqərar oluna bilər. Bu dinamika ilə davam etsək, qısa zamanda qeyri-neft sektorunda ciddi gəlirlər əldə edə bilərik. 
İnstitusional səviyyədə düzgün yolla gedirik, yanaşma düzgündür. Ümumiyyətlə, iqtisadi inkişaf kompleks tədbirləri tələb edir. Qeyri-neft sektorunun inkişafını yalnız bir qurumla həyata keçirsək, nailiyyət əldə edə bilmərik. Məsəyələ kompleks şəkildə yanaşmalıyıq. Hansı ki, hazırda bu istiqamətdə işlər aparılır. Məsələn, vergi sahəsində də sadələşmə həyata keçirildi. Maarifləndirmə güclü olarsa, sahibkarlar sadələşməni, elastikliyin yarandığını hiss edəcəklər. Bu da birbaşa sahibkarlığın inkişafına şərait yaradır. Sahibkarlığın inkişafı isə istehsal sahələrinə töhfəsini verəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz