Əlaqə Arxiv
news Image
2019.01.22
09:50
| A A A
Azərbaycan daha bir mühüm enerji layihəsini işə salmağa hazırlaşır
Natiq Cəfərli: “Geosiyasi baxımdan da TAP Azərbaycan üçün çox uğurlu layihədir”

Cari il ərzində TAP layihəsinin başa çatması gözlənilir. Belə ki, Azərbaycan qazının Avropaya nəql edilməsini nəzərdə tutulan Transadriatik boru kəməri (TAP) 2020-ci ildə istifadəyə veriləcək. 

Onu da qeyd edək ki, dəyəri təxminən 4,5 milyard avro olan TAP layihəsi “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Bu vaxtadək həmin vəsaitin 3,2 milyard avrosu sərf olunub. TAP kəməri ilə ildə 16 milyard kubmetr qazın nəql edilməlidir. Gələcəkdə isə onun daha da artırılması nəzərdə tutulur. Ümumi uzunluğu 878 kilometr olan boru kəmərinin 550 km. Mütəxəssislərin gəldiyi nəticəyə görə, sözügedən layihə maliyyə, kommersiya, təhlükəsizlik, şəffaflıq, səmərəli fəaliyyət və dizayn kimi xüsusiyyətlərinə görə daha sərfəlidir.  Kəmər vasitəsilə Azərbaycan qazı Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdırmalıdır. 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan TAP layihəsindən geosiyasi və iqtisadi müstəvidə xeyli miqdarda əlavə qazanc əldə edəcək: “Cənub Qaz Dəhlizi” və onun tərkibində oaln TAP və TANAP layihəsi Qərbin çox ciddi maraq dairəsinə daxil olan layihələrdəndir. Çünki gələcəkdə, birbaşa Azərbaycanın investisiya liderliyilə tikilən bu layihələrə digər ölkələr də qoşulacaq. Çox güman, gələcəkdə bəzi Asiya ölkələri, İraq, İran da bu xəttə qoşulsun. Hətta İsrail qazının da həmin boru xəttinə qoşulması məsələsi müzakirə olunur. Bu mənada geosiyasi baxımdan da TAP Azərbaycan üçün çox uğurlu layihədir. Çünki bu əsasda həm ölkəmizə marağı artırdı, həm ölkəyə diqqət artdı, həm də gələn investisiyaların çoxalmasına səbəb oldu. 
Eyni zamanda, bu layihə Avropanın əlavə mənbədən qaz almasında mühüm rol oynadığından həmin qitə üçün də bu layihə böyük önəmə malikdir. Buna görə də bir çox məsələrdə Azərbaycana dəstək verilməsinə qərar verildi. Son zamanlar münasibətlərin kifayət qədər normallaşması, hətta strateji müqavilənin imzalanmasına qədər geosiyasi anlamda həmin layihənin Azərbaycana hərtərərli xeyri oldu. 
“Cənub Qaz Dəhlizi” layihəsi baha layihədir.  Onun ən ucuz komponenti elə TAP layihəsidir. Bu layihə təxminən 4,5 milyard avroya başa gələcək. Burada da Azərbaycan həm investor, həm də gələcəkdə boru sahibi kimi böyük paya sahibdir. Qoyulan investisiyanın geri dönüşü üçün bir müddət həmin layihənin çalışmasına ehtiyac yaranacaq. Yəni, həmin anda Azərbaycana böyük miqdarda vəsait gələcəyini gözləmək də doğru deyil. Ancaq bir müddətdən sonra layihədən Azərbaycan kifayət qədər xeyir götürəcək. Belədə həmin layihə Azərbayan üçün ciddi şəkildə əlavə gəlir mənbəyinə çevriləcək. İlkin mərhələdə Avropaya 10 milyard kubmetr qazın satılması fonunda təxminən 3 milyard dollara yaxın vəsait əldə ediləcək3 milyard dollardan tranzit, əməliyyat və payçıların vəsaitlərini çıxanda Azərbaycan təxminən 600-700 milyon dollara qədər əlavə gəlir əldə edəcək”.
Rüfət NADİROĞLU    
 

 

 

Sizin Reklam Yeriniz