news Image
2013.04.30
11:37
| A A A
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində seminar keçirilib

29 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) biliklərin idarə edilməsi sisteminin qurulmasına dair seminar keçirilib.


Mövqe.az-ın məlumatına görə, "Kapital bazarlarının müasirləşdirilməsi" layihəsi çərçivəsində Avstriyalı ekspertlər tərəfindən həyata keçirilən seminarın məqsədi QKDK-da daha zəngin məlumat portalı və bazasının yaradılması, intranet əsaslı video təlim mexanizmlərini əhatə edən bilik idarəetmə sisteminin qurulması, əməkdaşların və təşkilatın potensial üstünlüklərinin və çatışmazlıqlarının qiymətləndirilməsi, habelə bu məlumatlardan səmərəli istifadə edilməsindən ibarətdir. 


Seminarda biliklərin idarə olunması sisteminin qısa təsviri və həyata keçirilməsi, bu istiqamətdə qabaqcıl təcrübə ilə tanışlıq, həmçinin sistemin komitədə tətbiq imkanlarına dair ətraflı müzakirələr aparılıb.


İctimaiyyətlə əlaqələr sektoru