Əlaqə Arxiv
news Image
2019.02.08
16:08
| A A A
Samur çayının üzərində yeni körpünün tikintisinə baxış keçirilib

Azərbaycan və Rusiya nümayəndə heyətləri Samur çayının üzərində yeni körpünün tikintisinə baxış keçirib.

Movqe.az xəbər verir ki, baxışda Azərbaycan tərəfdən iqtisadiyyat naziriŞahin Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmira Vəlizadə, Rusiya tərəfdən isə bu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak edib.

Qeyd edək ki, körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Layihəni iki ölkə birgə maliyyələşdirir.

Seysmik davamlılığı 9 bal olan körpünün uzunluğu 325 m, eni isə 17,5 m-dir. Obyekt 5 aşırımlıdır. Onun kənar aşırımlarının uzunluğu 54 metr, orta aşırımlarının uzunluğu isə 69 metrdir. Körpüdə piyadaların gediş-gəlişi üçün qapalı piyada keçidi nəzərdə tutulub. Onun isə eni 3,75 metrdir. 

Sizin Reklam Yeriniz