Əlaqə Arxiv
news Image
2019.02.11
10:50
| A A A
Bakı Metropolitenində vətəndaşların qəbul vaxtları ilə bağlı məhdudiyyətlər aradan qaldırılacaq

Bakı Metropolitenində vətəndaşların qəbul vaxtları ilə bağlı məhdudiyyətlər aradan qaldırılacaq.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, 2018-ci il ərzində QSC-də rəhbər işçilər tərəfindən 662 vətəndaşın və 1022 metropoliten əməkdaşının qəbulu həyata keçirilib. Vətəndaşların qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada və müddətdə müraciətlərə baxılır, yerində həlli mümkün olan məsələlərlə bağlı struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Qeyd edilib ki, vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlar var. Bu səbəbdən işin daha effektiv aparılması, müraciətlərin obyektiv araşdırılması, cavablandırılması və vətəndaşların qəbulunun səmərəli təşkil edilməsi üçün cədvəllərdə qəbul vaxtları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlərə başlanılıb.

Sizin Reklam Yeriniz