Əlaqə Arxiv
news Image
2019.02.22
09:45
| A A A
Probemli kreditlər problemi birdəfəlik həll olunur
Natiq Cəfərli: “Problemli kreditlərin həlli bankların güclənməsinə, iqtisadiyyatda daha aktiv rol oynamalarına, yenidən 100 minlərlə insanın iqtisadi aktivliyinə səbəb olacaq” Rəşad Həsənov: “Məsələnin həlli ailələr üzrə maliyyə təzyiqlərini müəyyən qədər neytrallaşdırıla, bankların likvidliyini artıra, onların kredit imkanlarının genişlənməsilə dolayısı ilə iqtisadiyyata kredit qoyuluşlarını yüksəldə bilər”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, hökumət Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına problemli kreditlərlə bağlı müvafiq tapşırıqlar verib. Bu fonda problemli kreditlər məsələsi həllini tapa bilərmi? Məsələnin həlli hansı üstünlüklər vəd edir?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, problemli kreditlərin həlli iqtisadi aktivliyi artıracaq: “Problemli kredit məsələsi iki devalvasiyasdan sonra o qədər aktuallaşıb ki, artıq bankların da fəaliyyətinə mane olurdu. Bu amil həm də vətəndaşların iqtisadi aktivliyi prosesində ciddi maneəyə çevrilmişdi. Məlum devalvasiyalardan sonra yaranmış vəziyyət iqtisadi aktivliyin zəifləməsinə, bankların vəziyyətinin gərginləşməsinə səbəb oldu.

İlkin məlumatlara görə, ölkədə təxminən 700 minə yaxın insan problemli kreditlərlə qarşı-qarşıyadır. Problemli kreditlərin həcmi isə 1,7-1,8 milyard manata qədərdir. Dollar ekvivalentində bu 1 milyard dollar deməkdir. Problemin həlli üçün dövlət büdcəsi, yaxud da Neft Fondundan əlavə vəsait ayrılacaqsa və bu vəsaitlər banklara dövlət tərəfindən ödəniləcəksə, əvəzində vətəndaşların problemli ktedit məsələsi həllini tapacaqsa, yaranmış proses ən azından bankların güclənməsinə, onların iqtisadiyyatda daha aktiv rol oynamalarına gətirib çıxaracaq. Həmin vəsaitlər vətəndaşlar vasitəsilə və yaxud köhnə məzənnə ilə ödəniləcəyi təqdirdə isə, onun detalları ilə bağlı hələlik məlumat yoxdur. Problemli kreditlər məsələsində addım atılarsa, bu vətəndaşlar üzərində olan yükün böyük həcmdə götürülməsinə də səbəb olacaq. Onlar bu fonda yenidən iqtisadi aktivliyə qayıda, növbəti dəfə kredit götürə, bizneslə məşğul ola bilərlər. İndilikdə isı problemli kreditləri olanların adı qara siyahıya düşüb. Onlara artıq kredit vermirlər. Problemin həllilə yenidən 100 minlərlə insan iqtisadi aktivliyə qayıdacaq.

Digər tərəfdən, bu fonda məhkəmələr üzərindən də böyük bir yük götürüləcək. Belə ki, indi məhkəmələrdə olan işlərin 65-70 faizi məhz banklarla vətəndaşlar arasında olan çəkişmələrdir ki, onlara son qoyulması məhkəmələrin yükünü xeyli dərəcədə azaldacaq”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov qeyd etdi ki, sözügedən məsələnin həlli bank və vətəndaşlar arasında yeni iqtisadi aktivliyə təkan verəcək: “Son qərarlar göstərir ki, hökumət problemli kreditlər məsələsində artıq konkret addımlar atmaq qərarına gəlib. Bu yöndə verilən tapşırığın nədən ibarət olduğunu demək çətindir. Amma böyük ehtimalla tapşırıq ilkin olaraq konkret olaraq problemli kreditlərlə bağlı detallı məlumatların toplanması, filtiralizasiyası və bu istiqamətdə növbəti qəbul ediləcək qərarın hansı formada olacağının müəyyənləşdirilməsilə bağlı olub. Bu mənada da məsələnin həlli ehtimalı hazırda daha yüksəkdir. Problemli kreditlər təxminən 350-500 min nəfərə qədər insanı əhatə edir.

Düzdür, onların böyük əksəriyyəti kiçik həcmli kreditlər alıb. Amma buna baxmayaraq, problemin həlli ailələr üzrə maliyyə təzyiqlərini müəyyən qədər neytrallaşdırıla, bankların likvidliyini artıra, onların kredit imkanlarının genişlənməsilə dolayısı ilə iqtisadiyyata kredit qoyuluşlarını da yüksəldə bilər.  Nəticədə müştərilərin böyük qismi problemli kreditlər siyahısından çıxarılacaq. Növbəti addım olaraq da bu istiqamətdə əfvin gündəmə gəlməsi mümkündür. Beləliklə də bank sektorunda yeni mərhələ və canlanma yaranacaq. Bankların adekvatlığı və likvidliyi probleminin öz həllini tapması ilə ölkənin maliyyə bankl sektorunun dayanıqlığı arta bilər».

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz