“Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir”. Bu sözləri Prezident İlham Əliyev fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında səsləndirib. Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan, Türkiyə və Gürcüstanla bərabər iki qitədə yerləşən ölkələri birləşdirən beynəlxalq nəqliyyat qovşağının mərkəzinə çevrilib. Çin Xalq Respublikasını Birləşmiş Krallığın paytaxtı Londonla birləşdirən beynəlxalq Bakı-Tiflis-Qars dəmiryol xətti iki ildir ki, uğurla fəaliyyət göstərir. Vaxtilə dəvə karvanları ilə qət olunan “Böyük İpək Yolu” indi polad magistralla əvəz olunub.
Yeni xətt qloballaşma dövründə Qərblə Şərqin qarşılıqlı mədəni inteqrasiya prosesini sürətləndirməklə yanaşı ölkələr arasında iqtisadi əlaqələri gücləndirib. Bundan başqa Azərbaycan müstəqillik illərində ortaya çıxan bu ənənəsinə sadiq qalaraq dövlətlərin iqtisadi və siyasi birliyinin təmin olunmasına da töhfələr verir.
İlk növbədə Azərbaycanın özünün bütün istiqamətlər üzrə dividendləri artacaq. BTQ xətti Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi reallaşıb. Artıq ölkəmiz əbədi olaraq dünyanın nəqliyyat sisteminin əsas yollarından biri kimi tanınır. Nəqliyyat xəttinin üzərində və yaxınlığında yerləşən bütün ölkələr bu yoldan istifadə etməyə maraq göstərir.
Ölkəmizin nəqliyyat sisteminin ana xətti olan Baki-Tiflis-Qars yeni dəmir yolu üç ölkənin ərazisindən keçir, ümumi uzunluğu 838,6 km-dir. Qatar Bakıdan çıxıb Gürcüstanın paytaxtı Tiflisə gedir, oradan da cənuba enən xətt ilə Türkiyənin Qars şəhərinə çatır. Azərbaycan Prezidenti İlham Əliyevin çətin məqamlarda atdığı mətin addımlar, verdiyi qətiyyətli qərarlar sayəsində BTQ layihədə nəzərdə tutulan vaxtda tam gücü ilə fəaliyyətə başlayıb və nəqliyyat sektorunun beynəlləşməsində əsas ağırlığı çiyinlə\rinə göyürüb. Azərbaycanın bu nəqliyyat qovşağından qazanacağı dividendlər yüksək səviyyədədir. Bakı-Tiflis-Qars dəmir yolu Avrasiya nəqliyyat tarixinə yeni səhifələr yazır. Hazırda bu magistrala “qardaş” sayılacaq Şimal-Cənub dəmiryol xəttinin tikintisi davam edir. Azərbaycan bu qovşaqların yaradılmasına sanballı investisiya yatırıb və nəticələrini də artıq görməyə başlayıb.
Nəqliyyat sahəsində neft-qaz kəmərləri şəbəkəsinin xüsusi yeri var. Azərbaycan artıq belə kəmərlərin dolğun şəbəkəsini yaradıb. Lakin iş davam edir. Cənub Qaz Dəhlizinin gələn il istafadəyə verilməsi ilə bu istiqamətdə yeni səhifə açılacaq. Çünki, enerji daşıyıcılarına tələbat ildən-ilə artır. Buna görə də yeni yataqlar istismara verilir, daha əlverişli yollarla ehtiyatların nəqli yolu müəyyənləşdirilir. Bu gün Azərbaycan Avropanın bir neçə ölkəsinə ildə 10 milyard kubmetr təbii qaz nəql edəcəksə, bu qərəm tələbata görə sonralar daha da artacaq. Təsadüfi deyil ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger deyib: “Beləliklə, Avropa İttifaqı nəinki özünün 2030-cu ilə qədər enerji və iqlim hədəflərinə çatmaq üçün töhfə verir və təmiz enerjiyə keçid dönəmində rəhbərlik nümayiş etdirir, eyni zamanda, yeni enerji sistemlərimizin gələcəkdə necə fəaliyyət göstərəcəyinə dair dəyişiklikliyə hazır olmaq üzərində çalışır. Fakt etibarilə Avropa İttifaqı artıq 2030-cu ildən sonrakı dönəmə nəzər yetirir”. Demək, yeni resursları səylə axtarıb üzə çıxarmaq lazımdır. Bu toplantıda Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələrin iştirakı onu gpstərir ki, bu ölkələr də nəqledici kəmərlərə qoşulmaq arzusundadırlar. Xüsusilə, Türkmənistanın təbii enerji ehtiyatlarının Azərbaycan üzərindən Avropa bazarına çıxarmaq niyyəti uzun illərdir ki, gündəmdədir. Belə ki, bu ölkədən Azərbaycana Xəzər dənizinin dibi ilə neft və qaz kəmərlərinin çəkilməsi ideyası çoxdan yaranıb və həyata keçirilməsi üçün ilkin danışıqlar da olub. Sadəcə rəsmi azılıq və saziş imzalanması üçün təklif ətraflı ölçülüb biçilməlidir.
Ilıt dıniz limanı dünyanın ən müasir limanlarından olmaqla yanaşı Avrasiya tranzit daşımaları üçün hər cür şərait və imkana malik müəssisədir. Bu liman fəaliyətə yeni başlayıb və nəqliyyat işinin təkmilləşdirilməsində böyük rol oynayacaq.
Bütün bu göstərilən faktlar Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi əhəmiyyətini artırır və ortaqlarla əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirir.
N.NOVRUZ