Əlaqə Arxiv
news Image
2019.02.23
16:33
| A A A
Dövlət Əmək Müfəttişliyi Xidməti: İşçilərə ilk tibbi yardım göstərilməsi qaydaları öyrədilməlidir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Nərimanov rayonunda “Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirib.  
İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standart və qaydalarının əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Habelə müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələbləri və işçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlardan bəhs olunub.
Diqqətə çatdırılıb ki, işçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməlidir. Onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir.

Sizin Reklam Yeriniz