Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Azərbaycanla İran arasında bir sıra sənədlər imzalanıb
 
 
news Image
2019.03.15
12:05
| A A A
Azərbaycanla İran arasında bir sıra sənədlər imzalanıb

Bakıda keçirilən Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 13-cü iclası çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

Movqe.az xəbər verir ki, bunlar Anlaşma Memorandumu, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələrinin və avtobusların istehsalına dair sənədlərdir.

Onları Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ilə İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imzalayıblar.