Əlaqə Arxiv
news Image
2019.03.19
09:45
| A A A
İslahatlar Azərbaycanı daha qüdrətli ölkəyə çevirir
Baş verən dəyişikliklərin uğurları ölkənin kadr potensialını, iqtisadi gücünü artırır

Son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, yenidənqurma və quruculuq işləri ciddi nəticələr verir. Çünki, iqtisadi islahatların dərinləşməsi möhkəm təməl üzərində qurulur. Bu gün artıq 2050-ci ili proqnozlaşdırarkən neft sahəsi ilə yanaşı, aqrar sektorun, tikintinin, infrastruktur layihələrinin də həyata keçirilməsini planlaşdırılır. Məşğulluğun dinamikasında artım, regionların inkişafı, digər strateji proqramların uğurla həyata keçirilməsi iqtisadi islahatların dərinləşməsi üçün möhkəm baza yaradır. Hökumətin hesabatı göstərir ki, ötən il və bu ilin əvvəlində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istqiamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib.

“Doing Business 2019” hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib” Bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, əldə olunmuş nəticə Azərbaycan üçün tarixi rekorddur. Azərbaycan dünyada ən çox islahat aparan lider ölkədir.  İslahatların səviyyəsinə görə Azərbaycan postsovet məkanında ikinci, MDB məkanında birinci ölkədir. Bu islahatlar dövlətimizin başçısının siyasi iradəsi ilə aparılıb.

Deputat Musa Qasımlının fikrincə, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir. Ötən il dəmir yolu sisteminin inkişafında görülən işlər bu istiqamətdə diqqəti cəlb edir: “Beynəlxalq bazarlara çıxış, qeyri-neft sektorunun artması ötən ilin uğurlarından biridir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, iqtisadi inkişaf olmasaydı, sosial müdafiə istiqamətində mühüm addımlar atılmazdı”.

Azərbaycanın iqtisadi islahatları bəhrəsini verməkdədir. Bu özünü tədiyə balansında baş verən müsbət dəyişiklikdə, manatın sabitliyinin qorunub saxlanılmasında, strateji valyuta ehtiyatlarının artmasında, həmçinin biznesin və ev təsərrüfatlarının gözləntilərinin müsbətə doğru dəyişməsində özünü göstərir.

Azərbaycanda gedən islahatlar kadr potensialının formalaşdırılmasında da mühüm rol oynayır. proses və nəticə" mövzusunda məruzə ilə çıxış edib. İnnovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə Azərbaycan hazırda dünya liderləri sırasındadır. Bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyası dayanır. Azərbaycanın innovativ inkişaf strategiyasının reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var.

Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Dövlətimizin başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.

Sosial sferada baş verən islahatlar isə inqilabi dəyişikliklərə rəvac verib. Əhalinin alıcılıq qabiliyyəti xeyli yüksəlib və bu səbəbdən rifah halı daha da yaxşılaşıb. Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.

N.NOVRUZ

Sizin Reklam Yeriniz