Əlaqə Arxiv
news Image
2019.03.18
16:51
| A A A
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir

Novruz Bayramı günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Movqe.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, bayram günləri əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək:

“Əlavə texniki vasitələr dedikdə əsasən əlavə qatarları nəzərdə tuturuq. Zərurət yarandığı halda ehtiyat qatarlar xəttə buraxılacaq. Bütün stansiyalarda isə əlavə növbətçilik rejimi olacaq”.

Metropoliten rəsmisi gücləndirilmiş iş rejiminin martın 20-dən başlayaraq həftəsonuna qədər davam edəcəyini qeyd edib.

Sizin Reklam Yeriniz