Əlaqə Arxiv
news Image
2019.03.22
19:45
| A A A
BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Azərbaycan 2020-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ən azı 4 milyon ton Türkmənistan neftinin nəql olunacağına ümid edir.

Mövqe.az-ın məlumatına görə, bunu “S&P Global Platts”a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

E.Nəsirov bildirib: "Ötən il təqribən 4,2 milyon ton türkmən nefti nəql etmişik. Cari ildə bu göstəricinin aşağı olacağını gözləyirik, lakin 2020-ci ildə ən azı 4 milyon ton olacaq".

Şirkətin vitse-prezidenti vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiyanın digər ölkələri ilə də, xüsusilə nəql etmə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir: "Bu yaxınlarda Qazaxıstanın "KazMunayQaz" şirkət ilə anlaşma memorandumu imzalamışıq. Ortamüddətli perspektivdə əməkdaşlığa Bakı-Tbilisi-Ceyhan üzrə Qazaxıstan neftinin tədarükünün yenilənməsi də daxil ola bilər".

Qeyd edək ki, SOCAR Türkmənistan neftini Xəzər dənizi vasitəsilə tankerlərdə, daha sonra Bakı-Tbilisi-Ceyhan kəməri ilə tədarük edir.

Sizin Reklam Yeriniz