news Image
2019.04.09
10:23
| A A A
Artan beynəlxalq reytinq Azərbaycana yeni sərmayə axınına rəvac verir
Vüqar Bayramov: “Reytinq baxımından daha da irəliləməyimiz artıq inkişaf etmiş ölkələrlə rəqabət aparmağımız deməkdir” Əli Əlirzayev: “Beynəlxalq reytinqdə yüksək yer tutmağımızla xarici sərmayəçilərin ölkəmizə marağı sözsüz ki, daha da artacaq”

 

Azərbaycan 2019-cu ildə də ötən il olduğu kimi “Doing Business” reytinqində islahatçı ölkələr arasında ilk onluğa daxil olacaq. Bunu İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı  “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet portalının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmsal idarəetməyə keçid dövlət və özəl sektorlara əlavə dividentlərin cəlb olunması baxımından məqsədəuyğundur.

Sözügedən reytinqdə ölkəmizin yüksək yerdə qərarlaşması Azərbaycana, burada aparılan islahatlara, iqtisadiyyata, investisiya qoyuluşuna nə vəd edir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, beynəlxalq reytinq cədvəlində islahatçı ölkələr sırasında ilk onluqda qərarlaşmağımız Azərbaycan iqtisadiyyatının daha da inkişafına, ölkəmizə daha geniş həcmdə investisiya axınına gətirib çıxaracaq: “Hər halda Azərbaycanın mövqeyinin

“Doing Business”in reytinqində necə dəyişməsi eyni zamanda digər ölkələrin də mövqeyindən asılı olacaq.

Bir sıra hallarda nəzərə alaq ki, digər ölkələrdə aparılan islahatlar həmin dövlətlərin də vəziyyətinə təsir göstərir. Bəzi hallarda bir ölkə islahat aparsa da, amma digərləri daha çox islahat aparırlar. Nəticədə də bu addım həmin ölkənin mövqeyinin daha da güclənməsinə gətirib çıxarır.

Azərbaycan “Doing Business”in reytinqində 25-cidir və

Rəqabət mühiti fonunda getdikcə irəliləmək də çətinləşir. Bu baxımdan reytinq baxımından daha da irəliləməyimiz artıq inkişaf etmiş ölkələrlə rəqabət deməkdir. O baxımdan sözsüz ki, Azərbaycanın həmin reytinqə düşməsi inkişaf etmiş ölkələrlə rəqabət aparması deməkdir. Bütün hallarda Azərbaycan üçün hədəf beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına nail olmaqdan ibarətdir. Beynəlxalq hesabatlarda yüksək mövqeyə sahib olmağımız ölkəmiz üçün vacibdir. Bu sadəcə beynəlxalq qiymət deyil, eyni zamanda nəzərə alaq ki, iş adamları üçün beynəlxalq hesabatlar önəmlidir.

Məsələ ondadır ki, iş adamları sərmayə qoyuluşu həyata keçirən zaman ölkənin beynəlxalq hesabatlardakı reytinqini də nəzərə alır. Ona görə də beynəlxalq hesabatlarda yerimizin gücləndirilməsi və prosesin davam etməsi Azərbaycan üçün xarici sərmayənin cəlb edilməsi baxımından yeni imkanlar yaradır. Sözsüz ki, xarici sərmayənin cəlb edilməsi üçün beynəlxalq hesabatlarla yanaşı, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətin də dərinləşdirilməsi çox vacibdir. Düşünürəm ki, xüsusən məhkəmə islahatları ilə bağlı ölkə prezidentinin fərmanı, həm də investisiya mühitinin yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir. Nəzərə alaq ki, investorlar üçün məhkəmə sistemi mühüm və vacib sistemlərdən biridir”.

Aydın məsələdir ki, xarici investorlar hər hansı bir ölkəyə vəsait yatırmamışdan öncə, həmin dövlətin iqtisadi durumunu, beynəlxalq reytinqdə tutduğu mövqeni də əsas götürürlər. Bu mənada Azərbaycanın sözügedən beynəlxalq reytinqdə ilk onluqda tutduğu yer sözsüz ki, ölkəmizə yeni investisiya axınına səbəb olacaq. V. Bayramov da qeyd etdi ki, beynəlxalq hesabatlarda yüksək yerdə qərarlaşmağımız xarici sərmayə və investisiyanın cəlb edilməsi baxımından bir baza formalaşdırır: “Bununla yanaşı, ölkə daxilində investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı islahatların dərinləşməsi də sərmayə cəlb edilməsi baxımından cəlbedicidir.  Təbii ki, növbəti dövrlərdə islahatların dərinləşməsi fonunda beyməlxala reytinqlərdəki mğvqeyimizin daha da yaxşılaşmasını müşahidə edə bilərik. Nəticə etibarı ilə həmin hesabatlar ölkəmizə daha çox xarici investisiya cəlb edilməsi və ölkə iqtisadiyyatının daha da inkişafı baxımından mühüm əhəmiyyətlidir”.

İqtisadçı alim Əli Əlirzayev bildirdi ki, effektiv, səmərəli islahatlar olduqca vacibdir:  “Ölkə iqtisadiyyatının daha da inkişaf etməsi və investisiya axını üçün təbii ki, islahatların həyata keçirilməsi, xüsusən də effektiv səmərəli islahatlar vacibdir. Yəni, islahatlar sadəcə islahat xatirinə olmamalıdır. Elə olmalıdır ki, son nəticədə ölkənmiz üçün daha yaxşı səmərə versin.

Təbii ki, xarici reytinqlərdə ölkəmizin islahatlar keçirən dövlətlər sırasında yüksək yerlərə layiq görülməsi yaxşı haldır. Doğrudan da son zamanlar Azərbaycanda demək olar ki, bütün sahələrdə islahatlar həyata keçirilir. İstehsal, idarəetmə və sosial sfera sahəsində geniş islahatlar aparılır. Bütün bunların da beynəlxalq reytinqdə daha yaxşı yer tutmağımıza təsirləri olur. İslahatçı ölkələr arasında ilk onluğa düşməyimizin ölkə iqtisadiyyatının daha da canlanmasına təbii ki, təsirləri olacaq. Yoxsulluq həddi daha  da aşağı düşəcək, əhalinin həyat səviyyəsi yüksələcək, sosial müdafiə və təminat məsələləri daha da yaxşılaşacaq.

Ölkəmizdə keçirilən bu islahatlar əslində, müəyyən hədfə hesablanıb, bu hədəf də xalqın həyat səviyyəsinin daga da yüksəldilməsindən ibarətdir. İslahatlar və bu fonda beynəlxalq reytinqdə yüksək yerə sahib olmağımız ölkəmizə investisiya axını baxımından da vacibdir. Yəni keçirilən islahatların bir mənbəyi də ölkəyə elə maliyyə, investisiya cəlb etməkdən ibarətdir. Bu mənada beynəlxalq reytinqdə yüksək yer tutmağımızla xarici sərmayəçilərin ölkəmizə marağı sözsüz ki, daha da artacaq”.

Rüfət NADİROĞLU