Əlaqə Arxiv
news Image
2019.04.09
14:33
| A A A
Ziyad Səmədzadə: 2018-ci ildə 90 milyon manat vəsait səmərəsiz xərclənib

Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib.

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, dövlət büdcəsinə bərpa edilən vəsaitlərin yaranma mənbələri üzrə strukturda vergi və s. ödəmələr 38,4%, digər istiqamətlər 19,8%, tikinti xərcləri üzrə 17,4%, satınalmalar üzrə xərclər isə 10,7% təşkil edib:

"Hesabat ilində bərpa edilmiş vəsaitin 33,5%-i büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub”.

Sizin Reklam Yeriniz