news Image
2019.04.16
21:15
| A A A
ADAU-nun tələbələri Agro Dairy MMC şirkətində olub

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin ümumi əkinçilik genetika və seleksiya kafedrasının baş müəllimi Nizami Kazımov və assistenti Zaur Məmmədovun rəhbərliyi ilə aqronomluq ixtisasının II kurs ingilis və rus bölməsinin tələbələri Samux rayonu ərazisində yerləşən Agro Dairy MMC şirkətində olub. Tələbələrə şirkətin toxumçuluq anbarlarında yerli və introduksiya olunan buğda , qarğıdalı ,şəkər çuğunduru, yonca toxumlarının səpin müddəti, üsulları və normaları haqqında məlumatlar verilib.

Tələbələr eyni zamanda müasir toxumçuluq labarotoriyasında toxumların kəmiyyət və keyfiyyət göstəricilərini təyin edən avadanlıqlar haqqında geniş bilgi əldə ediblər. Sonra gübrələrin saxlanma və verilmə qaydalarını öyrəniblər. İstifadə olunan pestisidlərlə baxıblar.

Şirkətin mütəxəssisləri tələbələri maşın–traktor parkındakı müasir kənd təsərrüfatı maşınları ilə də tanış edib, maşınların iş prinsipləri haqda məlumat veriblər.

Bütün bunlarla yanaşı tələbələr müasir taxıl anbarında iş prinsipi ilə də tanış olublar. Taxıl sahələrində tələbələrə müasir suvarma sisteminin (yağış yağdırma) iş prinsipi izah edilib.

Əlihüseyn Şükürov.