Əlaqə Arxiv
news Image
2019.04.17
11:01
| A A A
Baba Rzayevlə Türkiyənin Azərbaycandakı səfiri arasında görüş keçirilib

Baba Rzayevin başçılıq etdiyi “Azərenerji” ASC-nin nümayəndə heyəti ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

“KEP İnternational Trade and Representation” şirkətinin baş direktoru Halim Neyzinin və həmin şirkətin məsləhətçisi Nülənd Çilingirin də iştirak etdiyi görüşdə Azərbaycanda yeni generasiya güclərinin yaradılması, Yaşma ərazisində tikilməsi nəzərdə tutulan 1000 MVt-lıq yeni elektrik stansiyası layihəsinə xarici investorların, o cümlədən türk şirkətlərinin cəlb edilməsi mövzusunda müzakirələr aparılıb.

Sizin Reklam Yeriniz