Əlaqə Arxiv
news Image
2019.04.24
11:00
| A A A
DİQQƏT! Bu yolda xətlənmə işləri aparılır

Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı yol qovşağından şəhər istiqamətinə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Bu barədə Movqe.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Məqsəd Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sizin Reklam Yeriniz