Əlaqə Arxiv
news Image
2019.04.25
09:30
| A A A
Qaz və işıq limitləri ləğv olunur?!
Rəşad Həsənov: «Qaza çıxışı olmayan müştərilərlə ondan istifadə edən müştərilər arasında fərqləndirmə aparmaq lazımdır ki, burada verilən güzəştin bərabər şərtlər daxilində təmin olunması mümkün olsun»

Bu günlərdə Milli Məclisin deputatı Fazil Mustafa qaza tətbiq edilən limitin (1 700 kub) iki dəfə artırılmasını təklif edib: “Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın, ən azı 3000 kub səviyyəsinə çatdırılsın”.

Qeyd edək ki, müəyyən müddətdir Azərbaycanda qaz və işıq sərfiyyətinə görə limit tətbiq olunub. Qaz üçün bu ilə 1700 kubmetrdir, işıq üçün isə aya 300 kilovat saat. Bu fonda limitlə bağlı məsələ elə yarandığı gündən gündəmdən düşmür. Bəs, deputatın bu təklifinin realaşması mümkündürmü? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov da limitin artırılmasını məqbul hesab etdi. Bununla bəham, ekspert məsələyə bir qədər fərqli prizmadan yanaşdı: “Əslində, qazla bağlı qoyulan limit tamamilə aradan qaldırılarsa, daha yaxşı olar. Ancaq indiki şərtlər daxilində limitin ləğv edilməsi istiqamətində   qərar veriləcəyini gözləmirəm. Əhalinin müəyyən qismi, hətta Bakı şəhərində yaşayanlar belə faktiki olaraq həm elektrik, həm də qaz xidmətlərindən paralel olaraq istifadə edə bilmir. Təxminən 500 minə qədər insanın yaşadığı yeni tikilən binalarda qazlaşma getməyib. Ona görə də bu insanlar qaz limitindən istifadə edə bilmir. Sadəcə, burada enerji tələbatı elektrik üzərindən ödənilir. Bu isə son nəticədə ona gətirib çıxarır ki, həmin insanlar ancaq bir güzəşt limitindən istifadə etmiş olur. Yəni onlar ancaq elektrikə verilən limitdən yararlana bilirlər. Qaza verilən limitdən isə istifadə edə bilmirlər. Ona görə də burada fərqli sistemin ortaya qoyulması daha yaxşı olardı.

Qaza çıxışı olmayan müştərilərlə ondan istifadə edən müştərilər arasında fərqləndirmə aparmaq lazımdır ki, burada verilən güzəştin bərabər şərtlər daxilində təmin olunması mümkün olsun”.

R. Həsənov litimin artırılması məsələsinin təkcə qaza deyil, eyni zamanda elektrik enerjisinə də şamil edilməsini təklif etdi: “Bu gün limitlərin artırılması məqbuldur. Düzdür, limitin ləğvi məsələsi daha yaxşı varinatdır. Amma bu baş vermirsə, ən azından real bazar şərtləri daxilində mövcud orta statistik istehlak gücünə uyğun olaraq limitin müəyyənləşdirilməsinə ehtiyac vardır. Azərbaycanda orta statistik ailə 4 nəfərdən ibarətdir. Həmin ona uyğun da limitin müəyyənləşməsi daha məqsədəuyğundur. Çünki əksər ailələr limitdən bir neçə dəfə artır elektrik enerjisi və qaz istehlak edir. Bu səbəbdən dqüşünürəm ki, 4 nəfrlik ailə üçün qaz limiti azı 3000 kubmetrə qədər artırılmalıdır. Elektrik enerjisi məsələsində də limit hazırda mövcud olan aya 300 kilovatsaatdan, minimum 500 kilovatsaata qədər artırılmalıdır. Çünki istehlak mövcud limitlərdən qat-qat artıqdır”.

Rüfət NADİROĞLU 

 

 

 

Sizin Reklam Yeriniz