Əlaqə Arxiv
news Image
2019.04.24
17:31
| A A A
Növbəti xidmətə hazırlıq təlimlərinin qiymətləndirilmə mərhələsi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşlar üçün növbəti hazırlıq təlimləri başa çatıb.

Akademiyada təşkil edilən təlimlərin dinləyicilərinin beş həftə ərzində əldə etdikləri bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib.

Tədbirdə iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan Prezidenti İlham Əliyevin dövlət təhlükəsizliyi və vətəndaş məmnunluğunu aidiyyəti orqanların fəaliyyətində prioritet istiqamət kimi qarşıya qoyduğunu vurğulayıb. Komitə sədrinin müavini qeyd edib ki, öz növbəsində Dövlət Gömrük Komitəsi vətəndaş məmnunluğunu təmin etmək strategiyasını həyata keçirir.

Akademiyanın rəisi Qulu Novruzov təlimlərin gömrük xidməti əməkdaşları üçün daha səmərəli, məzmunlu və praktiki olması üçün Akademiya tərəfindən bütün müvafiq işlərin görüldüyünü, təlimlərin məzmununun təkmilləşdirildiyini bildirib. Akademiyanın rəisi dinləyicilərin həm texniki nəzarət vasitələri, həm VAİS üzrə, həm də digər sahələrlə bağlı biliklər qazandıqlarını deyib.

Sonra dinləyicilərin nəzəri və praktiki biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

Eyni zamanda, texniki nəzarət vasitələrinin xidməti otağında texniki vasitələrdən istifadə etməklə, gömrük nəzarəti formalarının tətbiqi ilə real şəraitə yaxın vəziyyətlərdə müvafiq stimulyasiyalar dinləyicilər tərəfindən nümayiş etdirilib.

Qeyd edək ki, bugünədək Akademiyada xidmətə ilkin hazırlıq təlimlərində 237 gömrük əməkdaşı iştirak edib.

Sizin Reklam Yeriniz