Əlaqə Arxiv
news Image
2019.04.26
08:00
| A A A
Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni yüksəliş mərhələsinə qədəm qoyur
Sözügedən qurum ölkəmizin əsas ticarət tərəfdaşı və önəmli sərmayədarlarından biridir

Azərbaycan-Avropa İttifaqı əlaqələrində müsbət inkişaf davam edir. Tərəflər arasında yaranmış  sıx münasibətlər əlaqəılərin gələcək inkişafına doğru aparır. Bu gün Avropa Azərbaycanın əsas ticarət tərəfdaşıdır,  xarici ticarət dövriyyəsinin demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələrlə aparılır. Ölkəmizin əsas investorları da avropalılardır. Xarici sərmayələrin 50 faizi ölkəyə bu istiqamətdən daxil olur.

Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsi ilə Azərbaycanın həm Aİ ilə Asiya arasında tranzit rolu güclənib, həm də özünün tivarət dövriyyəsini artırmaq üçün fundamental baza yaranıb. Əlaqələrin indiki səviyyəsi sübut edir ki, ölkəmiz Avropa ilə yaxşı tərəfdaşdır. Bu, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsi istifadəyə veriləndən sonra daha da güclənəcək və döbməz xarakter alacaq. Belə ki, Azərbaycan özünün  təsdiqlənmiş qaz ehtiyatları ilə Avropa istehlakçılarını onilliklər boyu təchiz edəcək və bununla da təxminən 10-a qədər Avropa ölkəsinin enerji təhlükəsizliyinin təminatında ciddi rol oynayacaq. “Cənub Qaz Dəhlizi” layihəsi ölkələri birləşdirən, istehsalçılara, tranzit tərəflərinə və istehlakçılara fayda verən bir layihədir. Layihə üzrə işlərin artıq 86 faizindən çoxu görülüb. Gələn il təbii yanacağın nəqlinə başlamaqla Azərbaycan-Aİ iqtisadi əlaqələrində yeni mərhələ başlayacaq. Əslində avropalılar indidən bu layihənin üstünlüyünü “yeni mənbə” kimi xarakterizə edirlər.

İki il əvvəl Avropa İttifaqı Şurasının prezidenti D.Tusk iki il əvvəl deyib: “Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşıdır və onun önəmli sərmayədarlarından biridir. Biz növbəti illərdə bu kommersiya münasibətlərini daha da genişləndirəcəyik. Əlverişli ticari və investisiya mühitinin yaradılması üçün yaxşı idarəetmənin və qanunun aliliyinin vacib olduğunu xatırlatmaq istəyirəm. Avropa İttifaqı lazım gələrsə öz köməyini göstərməyə hazırdır. Ümid edirəm ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqları tezliklə yekunlaşdıracaq”.

D.Tuskun sözlərinə görə, tərəflər yeni geniş, ikitərəfli razılıq vasitəsilə münasibətlərin daha yaxşı necə irəliləməsinə dair müzakirə aparıb, yeni danışıqlar mərhələsi və strateji tərəfdaşlıq sazişi üzərində razılığa gəlib.

İndi, necə deyər, vaxt-vədə yetişib. Yeni saziş üzərində iş xeyli dərəcədə yekunlaşıb. Bir sıra prinsipial məsələlə\r sazişdə öz əksini tapıb. Məsələn, saziş layihəsində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı yer alıb. Amma  Bakı ilə Brüssel arasında bu sənədlə bağlı danışıqlar hələ ki, tam başa çatmayıb, danışıqlar hələ ki, davam etdirilir.

Bu il aprelin 4-də Brüsseldə keçirilmiş Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasında tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan-Aİ gündəliyi, strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqlar, tərəfdaşlıq prioritetləri və s. məsələləri müzakirə ediblər. Yeni sazişin əsas mahiyyəti qarşılıqlı iqtisadi mənfəətə əsaslanan əlaqələrə istiqamətlənib. Çünki, Azərbaycanın balanslı xarici siyasəti ölkənin  Avropa ilə siyasidən çox iqtisadi əlaqələrinin inkişafını tərcih edir. Bu əlaqələrin perspektivinin miqyası isə ölçüyəgəlməzdir. Bu istiqamətdə işlər uğurla gedir.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) məlumatında bildirilir ki, bu il iyunun 13-də Bakıda V Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək. Forumda Azərbaycan və Aİ-dən rəsmi şəxslər və şirkətlər iştirak edəcək. Tədbirdə sənayenin mühüm sahələri, biznes imkanları və problemləri müzakirə olunacaq. Eyni zamanda kənd təsərrüfatı, turizm və sənayenin inkişafı məsələlərinə üstün diqqət yetiriləcək və heş şübhəsiz konkret addımlar atılacaq, iş birliyi yaranacaq. Çünki, Azərbaycanda gedən sürətli islahatlar qarşıda yeni perspektivlər açıb və xarici investorlar etibarlılıq və imkanlılıq əmsalı yüksək olan ölkəmizə inamla gəlirlər. Hər il keçirilən biznes foruma maraq həmişə böyük olur.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz