news Image
2019.05.14
14:51
| A A A
Dövlət Neft Fondundan məcburi köçkünlərlə bağlı açıqlama-19.7 milyon manat nəyə xərclənib?

Bu ilin  üç ayı ərzində Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamların icrasına uyğun olaraq məcburi köçkünlər üçün  salınmış qəsəbələrdə tikintisi tamamlanmış evlər, sosial-mədəni və infrastruktur obyektlər üzrə tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan 19.7 milyon manat vəsait ayrılıb.Bu barədə Movqe.az-a Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Cəmalə Əliyeva məlumat verib. C. Əliyeva bildirib ki, ümumilikdə 31.03.2019 tarixinə qədər bu işlərə 2,322.4 milyon manat vəsait ayrılıbdır. 31.03.2019 tarixinə olan məlumata əsasən məcburi köçkünlər üçün  71 qəsəbə, 17 məhəllə, 230 bina, 33,781 mənzil, 77 məktəb, 7 musiqi məktəbi, 62 uşaq bağçası, 5 xəstəxana, 19 tibb məntəqəsi, 12 ambulatoriya, 25 feldşer-mama məntəqəsi, 57 icma mərkəzi, 14 yanğınsöndürmə deposu, 65 inzibati bina, 2 yerli icra hakimiyyəti binası, 50 rabitə qovşağı, 8 baytarlıq məntəqəsi inşa edilib. 

Zülfiyyə QULUYEVA