news Image
2019.05.15
12:05
| A A A
Bakı Ali Neft Məktəbinin Neft-Qaz Mühəndisləri Cəmiyyəti regional yarışın qalibi oldu

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyəti (SPE - Society of Petroleum Engineers) Qazaxıstanda keçirilən PetroBowl regional seçimlərində ölkəmizi təmsil edərək 1-ci yerin qalibi olublar.

Beləliklə, BANM-ın Neft-Qaz Mühəndisləri Cəmiyyətinin 5 tələbəsi Kanadada keçiriləcək PetroBowl Çempionatı çərçivəsində təşkil olunan Neft-Qaz Mühəndisləri Cəmiyyətinin İllik Texniki Konfrans və Sərgisində (SPE Annual Technical Conference and Exhibition - ATCE2019) ölkəmizi təmsil etmək hüququ qazandılar.

PetroBowl Çempionatındakı bu möhtəşəm uğurlarına görə BANM tələbələri Məhəmməd Əliyev, Nihad Abbasov, Gülay İbrahimova, Elmir Abilov və İsmayil Əkbərovu təbrik edir, növbəti yarışlarda müvəffəqiyyətlər arzulayırıq.

Qeyd edək ki, qeyri-hökumət təşkilatı olan SPE-nin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, neft sənayesinin bütün dünya üzrə təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərini aparıb nəticələrini təqdim etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.