news Image
2019.05.15
12:10
| A A A
İqtisadçılar radikalizmə “yox” dedilər

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və PH International təşkilatının dəstəyi ilə reallaşan “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində Qaradağ rayonunun Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Aydın Hüseynov ilə ictimaiyyətin görüşü keçirilib.

Tədbirdə çıxış edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov görüşdə əsas məqsədin radikalizmə qarşı mübarizə tədbirləri və eləcə də multukulturalizm ənənələri barədə müzakirələr aparmaqdan ibarət olduğunu bildirdi. Mərkəz sədri radikal qruplara qoşulmağın ziyanları, səbəbələri və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanda və eləcə də Qaradağ rayonunda radikalizmə qarşı aparılan tədbirlər və onların nəticələri barədə fikirlərini bölüşdü. O radikalizmə qarşı mübarizədə tətbiq edilən metodlar o cümlədən iqtisadi, sosial faktorlar barədə danışıb.

İSİM eksperti Rəşad Həsənov fərqli ölkələrin modellərinə və eləcə də beynəlxalq indekslərə diqqəti yönəldərək radikalizmə qarçı mübarizədə psixiloji məqamların da nəzəri alınmasını vacib bildi.

Daha sonra tədbir iştirakçıları öz fikirlərini bölüşərək onları maraqlandıran sualları iqtisadçılara ünvanladılar.