Əlaqə Arxiv
news Image
2019.05.17
15:21
| A A A
“Azərişıq” qərb regionunda yenidənqurma işləri aparır

“Azərişıq” qərb regionunda irimiqyaslı yenidənqurma işlərini davam etdirir.

“Azərişıq”dan Movqe.az-a verilən məlumata görə, Tovuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub. Ötən aylarda görülən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq (kV) “Aqropark” hava xətti də var. Bildirilib ki, tam tikilib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5,74 kilometr olan “Ağdam” hava xəttində isə dayaqlar tam dəyişdirilib, 10 kV-luq dayaqlar quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb.

Qəsəbə və kəndlərdə yeni KTM-lər quraşdırılıb, dəmir-beton dayaqlar basdırılıb və 1680 metr məsafədə SİP kabelləşmə işi başa çatdırılıb. Özünü daşıyan naqillər üçün 1219 ədəd dayaq yenilənib, 20 min 765 metr məsafədə kabelləşmə işi aparılıb.Cəbhəyanı olan kəndlərdə hazırda yenidənqurma işləri davam etdirilir. 

Sizin Reklam Yeriniz