Əlaqə Arxiv
news Image
2019.06.20
21:15
| A A A
Dövlət Reklam Agentliyinin yaranmasından 2 il ötür (FOTO)

İyunun 20 - də Dövlət Reklam Agentliyinin yaranmasının 2 ili tamam olur. Bu münasibətlə Agentlikdə Regional İdarə rəisləri ilə görüş keçirilib.

Agentliyin direktoru Aydın İbadov çıxış edərək ötən 2 il ərzində görülən işlər və sahibkarlar üçün yaradılan şəffaf mühitdən söz açıb. Direktor İdarə rəislərinə regionlarda sahibkarların maarifləndirilməsi işinin mütəmadi şəkildə aparılmasını və bölgələrdəki reklamların estetik görünüşünə xüsusi diqqət yetirilməsini tapşırıb.

Direktor müavini Orxan Əliyev isə paytaxtla yanaşı, regionları daha da gözəlləşdirmək üçün istifadə ediləcək yeni reklam qurğularının seçimi zamanı ictimai rəyin nəzərə alınacağını diqqətə çatdırıb.

Agentliyin Aparat rəhbəri Aydın Bəşirov isə qarşıda duran hədəflərdən bəhs edib.

Sonra Agentlik nümayəndələri sahibkarlarla görüşərək onlara xoş arzularını çatdırıb, xüsusi hədiyyələr təqdim ediblər. Ünsiyyət zamanı sahibkarlar son 2 ildə açıq məkandakı reklam sahəsində yaradılan əlverişli mühitdən, onların işini asanlaşdırmaq və genişləndirmək məqsədilə aparılan tədbirlərin müsbət nəticələrindən danışıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 20 iyun 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirməkdir.

Sizin Reklam Yeriniz