Əlaqə Arxiv
news Image
2019.06.25
14:57
| A A A
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
İki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişaf edərək, strateji tərəfdaşlığa çevrildiyi vurğulanıb

Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının keçirilməsi nəzərdə tutulur. İclasdan əvvəl Birgə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Monteneqro Respublikasının İqtisadiyyat naziri xanım Draqitsa Sekuliç arasında görüş olub.

Bakı Biznes Mərkəzində keçirilən görüşdə S.Babayev Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edərək, eyni zamanda, Azərbaycanın xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndiyini vurğulayıb. O, Azərbaycanla Monteneqro arasında bütün sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində görülmüş işləri qeyd edib.

Xanım D.Sekuliç iki ölkənin siyasi, iqtisadi, mədəni, humanitar sahələr üzrə əməkdaşlıq müstəvisində həyata keçirilmiş konkret tədbirlərin uğurlu nəticələrini diqqətə çatdırıb.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensiv xarakter aldığı, dostluq, əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf edərək, strateji tərəfdaşlığa çevrildiyi vurğulanıb. Əməkdaşlığın inkişafında iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının fəaliyyətinin önəmli rolu, Komissiyanın Monteneqroda keçirilən ilk iclasının müsbət nəticələri qeyd edilib.

Bakıda keçiriləcək ikinci iclasın gələcək əməkdaşlığın daha da genişlənməsində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Sizin Reklam Yeriniz