Əlaqə Arxiv
news Image
2019.06.27
12:58
| A A A
Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq.

Tikinti işlərinin gələn il yekunlaşdırılması və Mərkəzin istifadəyə verilməsi planlaşdırılır. Reabilitasiya müəssisəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün müasir reabilitasiya xidmətləri və bərpa-müalicə prosedurları həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində müasir tələblərə uyğun reabilitasiya şəraiti mövcuddur. İl ərzində həmin mərkəzlərdə 3500-dən artıq sağlamlıq imkanları məhdud uşağa səmərəli və sınanmış metodlar əsasında reabilitasiya xidmətləri göstərilir.

Sizin Reklam Yeriniz