Əlaqə Arxiv
news Image
2019.07.06
09:30
| A A A
Ermənistanın enerji fitnəkarlığı davam edir
Atom elektrik stansiyası bu ölkədə “kamikadze sənaye” müəssisəsinə çevrilib

Dünya ictimaiyyəti atom bombalarının nə qədər dəhşətli olduğunu öz təcrübəsində yaxşı bilir. Buna görə də nu silahın hazırlanmasında rüşeym rolunu oynayan atom elektruk stansiyalarının fəaliyyətinə böyük məsuliyyətlə yanaşır. Bu istehsal müəssisələri yaranandan indiyədək yüksək texnoloji yol keçib və inkişaf etmiş ölkələrdə etibarlı səviyyədə işlədilir. Lakin texnoloji mükəmməllik hələ qəza fəlakətindən 100 faizlik zəmanət demək deyil. Bu təhlükə daim var. Sadəcə, atom enerjisinin istehsal müəssisələrində yüksək texniki təhlükəsizlik və mühafizə tədbirləri ən ciddi tələblərlə görülməlidir. Əslində dünyada mövcud bütün arom elektruk stansiyalarında işlər bu istiqamətdə qurulub. Yalnız, bir istisna halı var ki, vbu da Ermənistandakı “Metsamor” atom elektrik stansiyası ilə baş verir. Belə ki, 20 il əvvəl istismar müddətini başa vurmuş bu stansiya bəşəriyyət üşün “fitili yandırılmış” bomba funksiyasını daşıyır.

Beynəlxalq təşkilatlar, ictimaiyyət, alimlər, mütəxəssislər bu haqda məlumatlıdırlar, hamı həyəcanla hadisələri izləyir, stansiyanın bağlanması, işimim dayandırılması tələb edilir. Amma Ermənistan hakimiyyətinin bütün bunlar vecinə deyil. Əgər 1985-ci ildə Ukraynadakı “Çernobıl” arom elektrik stansiyasında baş verən qəzanın dəhşətli nəticələri məlum olmasaydı, düşünmək olardı ki, bu fəlakət haqda təsəvvürlər zəifdir. Ancaq baş verənlər haqda məlumatlı ola-ola hər an dəhşət törədə biləcək bir müəssisənin işini davam etdirmək, artıq Ermənistan dövlətinin, eyni zamanda bu dövləti idarə edən ermənilərin bəşəri cinayətlər törətməyə hazır olduqlarını gündəmə gətirir.

Belə ki, SSRİ dövründə inşa edilmiş “Metsamor”da VVER, PBMK, EGP və BN olmaqla dörd moduldan istifadə edilir. Halbuki, təxminən 40 illik təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu müəyyən olunub. Ən çox qəzalar da məhz VVER reaktoru ilə çalışan stansiyalarda baş verib. “Metsamor” da məhz VVER modeli ilə çalışır. 1988-ci ildə Ermənistanda baş verən zəlzələdə “Metsamor” ciddi zədələnmişdi. Buna görə dərhal onun işi dayandırıldı. Lakin regionda aprdığı təcavüzkar siyasəti ucbatından qəddini düzəldə bilməyən Ermənistan hökuməti 1995-ci ildə stansiyanın işini bərpa etdi, hətta qəza təhlükəsinin qaldığını bilə-bilə. Bu haqda Ermənistana dəfələrlə xəbərdarlıq edildi. Bəhanə gətirdilər ki, alternativ enerji mənbələrimiz yoxdur, bu səbəbdən enerjiyə tələbatımızı ödəmək üçün stansiyaya ehtiyacımız böyükdür. Olsun. Avropa Birliyi mümkün fəlakətdən qaçmaq üçün Ermənistana stansiyanın işini dayandıracağı təqdirdə alternativ enerji mənbələrini yaratmaq üçün 100 milyon avro məbləğndə vəsait vəd etdi. Lakin erməni acgözlüyü dərha özünü göstərdi və ermənilər buna görə 1 milyard avro tələb etdilər. Əslində onlar bunu qəsdən etdilər, çünki atom elektrik stansiyası ermənilərin əlində təkcə enerji mənbəyi yox, həm də digər dövlətlərə qarşı işğalçılıq siyasətində şantaj vasitəsidir. 

Türkiyə sərhədlərindən cəmi 500 metrlik məsafədə yerləşən “Metsamor” AES həmin ərazidə yaşayan əhali üçün “qan çanağı”dır. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyir ki, İğdırın sərhəd kəndlərinə ağaclar və tarladakı məhsullar quruyur, qadınların bətnindəki uşaqlar ölü doğulur, sonsuzluq ildən-ilə sürətlə artır. Onun sözlərinə görə, sərhəd bölgəsində hər ailədə xərçəngdən ölən 3, ya 4 nəfər var: “Əqli çatışmazlıq qüsuru və şikəst doğulan körpələrin sayı çoxalır. Heyvanlarda ikibaşlı doğumlar müşahidə olunur. Çünki “Metsamor” AES Araz çayının suyu ilə soyudulur və zəhərlənmiş su yer altına gedir. İğdırda əkinlər bu su ilə suvarılır, insanlar bu sudan istifadə edirlər. Nəticədə müxtəlif xəstəliklər, xüsusilə xərçəng geniş yayılır”.

Lakin nə fayda?! Ermənistan hökuməti sanki bu əməlləri ilə öyünür, dünyanın hər yanından gələn tələbləri, ictimai qınağı qulaqardına vurur. Və bəşəriyyətə atom təcavüzü davam edir.  “Ermənistan Atom elektrik Stansiyası” QSC ilə “Rosatom”un “TVEL” yanacaq şirkəti arasında 2019-2020-ci illər üçün nüvə yanacağının təminatına dair yeni müqavilə imzalanıb. Bununla da təcavüzkar bəyan etmiş olur ki, fəlakətlərdən nəinki usanmayıb, əksinə daha böyük səylə niyyətində israrlıdır. Görünür, bu məsələnin başqa bir tərəfi də var. Dünya mətbuatında nüvə qaçaqmalçılığı ilə məşğul olan erməni cinayətkar qruplar haqda bir neçə dəfə məlumatlar dərc olunub. Bu ona dəlalət edir ki, stansiyanın işləməsi bu cinayətin davamını gətirir. Bundan isə milyonlar əldə edilir. Bir neçə il əvvəl qonşu Gürcüstanda ermənilərin rəhbərliyi ilə 200 milyon dollarlıq zənginləşdirilmiş uranın satılması faktının mifşa olunması deyilənlərə tutarlı sübutdur. Bu tip maddələrin satılması isə terrorçy qrupların təhlükəli silahlara əl qoyması ilə nəticələnir. Başqa bir məsələ də var ki, AES-də əldə olunan atom enerjisi maddələri sıravi adamların əli çatan predmet deyil, bu işdə yüksək çinli məmurların rolu var. Bu da bütövlükdə Ermənistan hakimiyyətində güclü cinayətkar qrupun fəaliyyət göstərməsi fikrini dəqiqləşdirir. Bütün bunlarsa ciddi fəlakətlərə siqnaldır.

İndi dünya ictimaiyyətinin və əlaqədar beynəlxalq təşkilatların “Metsamor” AES-in bağlanması üçün ciddi fəaliyyətə başlaması və məsədə çatması zəruridir. Əks halda ikinci, amma daha dəhşətli “Çernobıl”ın yaşanması qaçılmazdır.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz