Əlaqə Arxiv
news Image
2019.07.07
14:59
| A A A
"Azərişıq" Lənkəran Hava Limanına iki elektrik xətti çəkib

"Azərişıq" ASC-nin jurnalistlər üçün təşkil etdiyi media-turun ikinci günündə jurnalistlər qurumun "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Lənkəran rayonunda abunəçilərin elektrik enerjisi ilə təchizatı ilə maraqlanıblar.

Movqe.az xəbər verir ki, jurnalistlərə son illər bu regionda da yenidənqurmanın həyata keçirildiyi bildirilib.

Rayon ərazisində tikilən 110/35/10 kVt-luq "Lənkəran 2" yarımstansiyası haqqında məlumat verən "Azərişığ"ın Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Balans Uçotu Şöbəsinin rəisi Anar Mirzəyev deyib ki, hazırda həmin stansiya Lənkəran Beynəlxalq Hava Limanınıda elektrik enerjisi ilə təchiz edir:

"110/35/10 kVt-luq "Lənkəran 2" yarımstansiyası təxminən 1 il öncə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Hazırda bu stansiya21 750 abunəçini elektrik enerjisi ilə təchiz edir ki, onların da 19 mini əhali, 1750-i isə qeyri-əhali qrupuna daxildir. Amma bütövlükdə 25-30 min abunəçiyə xidmət göstərmək iqtidarındadır. Yarımstansiya hərəsinin gücü 25 mVt olan 2transformatordan ibarətdir və ondan 9-u əhali, 9-u isə sərbəst xətt olmaqla, ümumilikdə 18 xətt çıxır. Ən iri sərbəst xətt üzərində Lənkəran Beynəlxalq Hava Limanı yerləşir. Hava Limanı hər iki tərəfdən gərginlik xəttilə təmin edilib. Onlardan biri əsas xətt, digəri isə ehtiyat xəttdir. Bu yarımstansiyadan ümumilikdə Lənkəran şəhəri və 5 kənd elektrik enerjisi ilə təmin edilir".

Xatırladaq ki, cənub rayonlarına təşkil edilən media-səfər Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyimünasibəti ilə "Azərenerji" və "Azərişıq" ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.

Sizin Reklam Yeriniz