Əlaqə Arxiv
news Image
2019.07.08
11:53
| A A A
DGK sədrinin I müavininin Xızıdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Dövlət Gömrük Komitəsinin sədrinin I müavini İsmayıl Hüseynovun iyulun 26-sı Xızı rayonuna təyin olunmuş vətəndaş qəbulu iyulun 12-ə keçirilib.

Komitədən Movqe.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi, 37) keçiriləcək.

Qəbul zamanı yalnız Xızı rayonunun sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Sizin Reklam Yeriniz