Əlaqə Arxiv
news Image
2019.07.10
12:55
| A A A
Lerikdə dörd kəndi birləşdirən yol yenidən qurulur

Lerik rayonunun Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hazırda layihəyə uyğun olaraq, avtoqreyderlə 18 min poqonmetr uzunluğunda küvetlərin açılması, müxtəlif diametrlərə malik 264 poqonmetrlik suötürücü dəmir-beton boruların quraşdırılması və izolasiyası aparılır. Daha sonra yol əsasının tikintisi işləri görüləcək və yola 2 laydan ibarət asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində tikinti işləri 200 min kvadratmetr sahəni əhatə edir.

Yolboyu 69 yol nişanı və məlumatverici lövhə, 42 ədəd kilometr göstəricisi, 320 siqnal dirəyi quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə yolu Lerikin şəhər mərkəzinə çıxışı təmin etməklə 4 min nəfərədək əhalinin yaşadığı 4 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Sizin Reklam Yeriniz