Əlaqə Arxiv
news Image
2019.07.15
16:37
| A A A
Vergilər naziri Qəbələdə vətəndaşlarla görüşəcək

Vergilər naziri Mikayıl Cabbarov iyulun 19-da Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küç. 27) Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarının sakinlərini qəbul edəcək.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Movqe.az-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar iyulun 15-18-də Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinə, Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə İsmayıllı, Balakən və Qax rayonları vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin “[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Sizin Reklam Yeriniz